Masallıda dağlıq ərazidə baş verən yanğın davam edir - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda dağlıq ərazidə baş verən yanğın davam edir - FOTO - VİDEO

Qafar Ağayev14:22 - 26 / 08 / 2022
Masallıda dağlıq ərazidə baş verən yanğın davam edir - FOTO - VİDEO

Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən 1news.az-a bildirilib ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər