Sabunçuda sudan qanunsuz istifadə aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda sudan qanunsuz istifadə aşkarlanıb - FOTO

Qafar Ağayev16:10 - 26 / 08 / 2022
Sabunçuda sudan qanunsuz istifadə aşkarlanıb - FOTO

İçməli sudan qeyri-qanuni istifadəyə və israfçılığa qarşı tədbirlər davam etdirilir.

"Azərsu" ASC-dən 1news.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sabunçu və Ramana qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Sabunçu qəsəbəsindəki “Aylin” uşaq bağçasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt texniki şərt almadan su xəttinə qanunsuz qoşulub. Qəsəbə ərazisində yerləşən təndir, dönər satışı obyektlərində və kafedə də içməli sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilib. Yeni Ramana yaşayış massivində ağac və dekorativ güllərin satıldığı obyektdə də suyun talanması halına rast gəlinib. Burada qanunsuz çəkilmiş su xətti vasitəsilə suvarma işləri aparılır. Yeni Ramanada eyni ünvanda fəaliyyət göstərəm ferma və internet klubun su təchizatı özbaşına çəklmiş qanunsuz xətt vasitəsilə aparılır.

Aşkarlanmış qeyri-qanuni su xətləri ləğv edilib, akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə yolverilməzdir. İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 5373 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 400 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-iyul aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Paylaş:
369

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər