Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb

Qafar Ağayev09:14 - 26 / 08 / 2022
Bakı-Antalya reysi ilə uçan təyyarə texniki səbəbdən geri qayıdıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

QSC-nin Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər