Ekologiya nazirinin müavini: “Milli Meşə Proqramı hazırlanıb”

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlanıb” .
1news.az xəbər verir ki, bunu 2022-ci ilin avqust ayında Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
“Proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib”.
1news.az
555