“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yenidən qurur - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yenidən qurur - VİDEO

Qafar Ağayev14:19 - 29 / 08 / 2022
“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yenidən qurur - VİDEO

“Azərişıq” ASC Ağcabədi rayonunun kəndlərinin elektrik şəbəkəsini yenidən qurur.

1news.az-ın quruma istinadən verdiyi məlumata görə, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

Yenidənqurma işləri çərçivəsində 1000-dən çox sakinin yaşadığı Cəfərbəyli kəndində 3 komplekt transformator məntəqəsi istismara veriləcək. Ümumilikdə 25 km-dək elektrik xətti yenilənəcək.

Ağcabədinin Ağabəyli kəndində də yenilənmə işlər davam etdirilir. 700-ə yaxın sakini olan Ağabəyli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 20 km-ə qədər elektrik xətti dəyişdirilərək izoliyasiyalı naqillərlə əvəzlənəcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndləri ilə yanaşı, Mehrablı kəndində də işlər aparılır. Növbəti mərhələdə isə rayonun Şənlik və Qardolaq kəndlərinin də elektrik şəbəkəsi yenidən qurulacaq.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim ediləcək.

Paylaş:
408

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər