DİN: “Ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub” | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: “Ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub”

11:26 - 03 / 09 / 2022
DİN: “Ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub”

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

1news.az

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər