Xalq artisti Ənvər Həsənov evə buraxılıb
Xalq artisti Ənvər Həsənov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
1news.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
“Xalq artisti Ənvər Həsənovun öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq, müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək”, – məlumatda deyilir.
Qeyd edək ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. Onun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilib.
398