Hər gün eyni meyvəni yeyən qadın ayağını itirəcəkdi - SƏBƏB

ABŞ-ın Vaşinqton ştatının Olimpiya şəhərində təcili tibbi yardım həkimləri 2008-ci ilin noyabrında nəfəs darlığı, başgicəllənmə və yerimə çətinliyi şikayətləri ilə xəstəxanaya gələn 42 yaşlı qadına tibbi yardım göstəriblər.
Ultrasəs müayinəsi zamanı onun sol ayağının damarlarını tıxayan böyük qan laxtası aşkar edilib və qadının qanqrenə görə ayağını itirmək təhlükəsi olduğu bildirilib. Həkimlər laxta əridən dərmanı tıxanan hissəyə yeritməklə laxtanı əridə bildilər.
1news.az "Habertürk"ə istinadən xəbər verir ki, həkimlər qadının ötən gün avtomobillə təxminən saat yarım yol getdiyini, gündəlik dozada doğuşa nəzarət həbləri qəbul etdiyini və onda qan laxtalanma pozğunluğu ilə əlaqəli Faktor V Leiden mutasiyası adlı genetik variant olduğunu müəyyən ediblər. Bütün bunların dərin damar trombozuna səbəb olan amillər olduğu qeyd edilsə də, hesabata görə, o, arıqlamaq üçün üç gün əvvəl başladığı pəhrizə uyğun olaraq hər səhər bir qreypfrut yeyirdi. Bildirilib ki, qreypfrut şirəsi doğuşa nəzarət hormonu estrogenini parçalayan CYP3A4 adlı fermentin təsirini bloklayır və bu, laxtalanma səviyyəsini, yəni qanın laxtalanma meylini artırır.
Qreypfrut şirəsinin çox yavaş parçalandığı və gündəlik qəbul edildikdə kümülatif təsir göstərəcəyindən, pəhrizin üçüncü günündə xəstənin estrogen səviyyəsinin normadan qat-qat yüksək olduğu və bunun da laxtanın əmələ gəlməsinə kömək edəcəyi bildirilib.
Qəribə fakt
Hematoloq Doktor Trevor Baqlin, "Bu araşdırma göstərir ki, genetik meyil mövcud olduğu zaman qreypfrutun doğuşa nəzarət həblərinin trombotik təsirini artırıb. Amma bunun çox qeyri-adi bir hadisə olduğunu və cəmi bir araşdırma aparıldığını da qeyd etmək lazımdır. Bütün ifrat pəhrizlərdən uzaq durmağı tövsiyə edirəm, çünki bu pəhrizlər gözlənilməz nəticələr verə bilər”.
Qreypfrutu kimlər istifadə edə bilməzlər?
Mütəxəssislərin fikrinə görə, statinlərdən (xolesterolu aşağı salan və sonradan qan laxtalanma riskini artıran dərmanlar) istifadə edənlərə qreypfrut yeməmək, simvastatindən (statinlərin ümumi növü) istifadə edənlərə isə qreypfrut şirəsindən istifadə etməmək tövsiyə olunur.
Ayşən İsmayılova