Göyçayda kafedə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda kafedə yanğın olub

Qafar Ağayev09:47 - 09 / 09 / 2022
Göyçayda kafedə yanğın olub

Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) taxtadan ibarət tavanı 10 m² sahədə, içərisində 1 ədəd televizor, 1 ədəd soyuducu və mətbəx mebeli qismən yanıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər