ABŞ Dövlət Departamenti: “Bunu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk” | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamenti: “Bunu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk”

Qafar Ağayev09:58 - 09 / 09 / 2022
ABŞ Dövlət Departamenti: “Bunu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk”

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb.

1news.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub.

“Biz saxlanılan şəxslərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq və bunu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk. Ümid edirik ki, qalan bütün saxlanılan şəxslər də tezliklə ölkələrinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək” deyə, bildirilib.

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər