Tanınmış ekspert vəfat etdi

Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.
1news.az xəbər verir ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Arye Qut 1975-ci ildə Bakıda anadan olmuşdu.
A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının başçısı olub. Vaxtı ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.
2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.