Göyçayda narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən şəxs saxlanılıb - FOTO

16:04 - 22 / 09 / 2022
Göyçayda narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən şəxs saxlanılıb - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nazim Tağıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəhər sakini N.Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
709

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər