Sumqayıtda mənzildən meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda mənzildən meyit tapılıb

1news Redaksiyası09:09 - 26 / 09 / 2022
Sumqayıtda mənzildən meyit tapılıb

Sumqayıtda mənzildən meyit aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər