Baş nazir Xəzər dənizinin dayazlaşma probleminə diqqət çəkib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir Xəzər dənizinin dayazlaşma probleminə diqqət çəkib

14:32 - 06 / 10 / 2022
Baş nazir Xəzər dənizinin dayazlaşma probleminə diqqət çəkib

“Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlər aparılmalıdır”.

1news.az xəbər verir ki, bunu 2-ci Xəzər İqtisadi Forumunda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Xəzər üzərindən beynəlxalq daşımalardan danışan Əli Əsədov dayazlaşma probleminə diqqət çəkib.

Qeyd olunub ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həllinin zəruriliyi vurğulanıb.

1news.az

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər