Şabranda ağır qəza - 45 yaşlı kişi ÖLDÜ | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda ağır qəza - 45 yaşlı kişi ÖLDÜ

11:02 - 08 / 10 / 2022
Şabranda ağır qəza - 45 yaşlı kişi ÖLDÜ

Oktyabrın 8-i gecə saat 1 radələrində Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində ağır yol qəzası baş verib.

1news.az xəbər verir ki, rayon sakini O.Əlicanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər