Azərbaycan “Interpol” xətti ilə 2 azərbaycanlı qadını axtarışa verdi

Azərbaycan hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən 2 qadını beynəlxalq axtarışa verib.
1news.az xəbər verir ki görə, bu barədə məlumat “Interpol”un saytında yerləşdirilib.
Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.
Onun saxlanılması üçün “qırmızı bülleten”lə “Interpol”a müraciət edilib.
Həmçinin 1984-cü ildə anadan olan Azərbaycan vətəndaşı Leyla Əliyeva da insan alverində təqsirləndirilir.
Onun saxlanılması üçün də “qırmızı bülleten”lə “Interpol”a müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən R. Orucova və L. Əliyeva təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası beynəlxalq axtarış elan olunub.
Mənbə: https://www.interpol.int/How-we-work/Notices/View-Red-Notices
Aynurə Xudaverdiyeva