Bakı Limanı vasitəsi ilə daşınan minik avtomobillərinin sayında artım qeydə alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Limanı vasitəsi ilə daşınan minik avtomobillərinin sayında artım qeydə alınıb - FOTO

12:31 - 19 / 10 / 2022
Bakı Limanı vasitəsi ilə daşınan minik avtomobillərinin sayında artım qeydə alınıb - FOTO

Bu ilin ilk 9 ayı ərazində Bakı Limanı vasitəsi ilə 9 316 ədəd təkərli texnika (TIR və qoşqu xaric) daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artımdır.

Bu barədə 1news.az-a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

“Bu təkərli texnikaların əsas hissəsini də minik avtomobilləri təşkil edir. Minik avtomobilləri əsasən Gürcüstan, BƏƏ , Yaponiya, Birləşmiş Krallıq, Belçika, Almaniya və digər ölkələrdən gətirilməklə Bakı Limanına çatdırılır və buradan da gəmi vasitəsilə daha çox Qazaxıstan və Türkmənistan olmaqla Mərkəzi Asiya ölkələrinə göndərilir.
Bakı Limanının Avropanın aparıcı logistika şirkətləri ilə əldə etdiyi razılığa əsasən “Toyota” , “Lexus”, “BMW” kimi dünya brendlərinin yeni avtomobilləri də bütün təhlükəsizlik qaydaları gözlənilməklə Bakı Limanı vasitəsi ilə Mərkəzi Asiya ölkələrinə çatdırılır. Bu avtomobillər TIR və vaqonların daxilində, həmçinin tək-tək idarə etməklə gəmilərə yüklənir və təyinat ölkəsinə göndərilir”.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər