Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:57 - 22 / 10 / 2022
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az -a bildiriblər ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər