Simsiz qulaqlıqları necə seçək? “Bang & Olufsen” brendinin ən yaxşı modellərinə ümumi baxış – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Simsiz qulaqlıqları necə seçək? “Bang & Olufsen” brendinin ən yaxşı modellərinə ümumi baxış – FOTO

Qafar Ağayev13:17 - 25 / 10 / 2022
Simsiz qulaqlıqları necə seçək? “Bang & Olufsen” brendinin ən yaxşı modellərinə ümumi baxış – FOTO

Müasir dünyada qulaqlıqlar həyatımızın ayrılmaz parçasına çevrilib. Hazırda demək olar ki, hər kəsin qulaqlıqları var.

Bir müddət öncə qulaqlıqlardan sadəcə musiqi dinləmək və telefonla danışmaq üçün istifadə edilirdisə, bu gün qulaqlıqlar da texnoloji trendlərlə birlikdə dəyişikliklərə uğrayır və hazırki həyat ritminə uyğunlaşır. Belə ki, artıq aktiv istifadəçilər, idmançılar və sağlam həyat tərzi həvəskarları üçün qulaqlıq modelləri meydana gəlib. Kimsə qulaqlıqlarla musiqi dinləyir, filmlərə baxır və ya oyunlar oynayır, kimsə işləyir və ya idmanla məşğul olur. Hər bir qulaqlıq tipinin öz məqsəd və vəzifələri var. Potensial alıcılar seçim edərkən ilk növbədə gözləntilərini müəyyən etməlidirlər. Bundan başqa, səsin keyfiyyəti və gurluğu, səs izolyasiyası, həssaslıq, güc və dizayn, çəki və innovativ funksiyalar və s. kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan bazarında fərqli xüsusiyyətlərə və özünəməxsus konstruksiyalara malik çoxsaylı qulaqlıq modellərnə rast gəlmək olar. Bəs bu qədər geniş seçim şəraitində məhz sizə uyğun ideal variantı necə seçmək olar? Bu materialda sizə bu sualın cavabını tapmaqda kömək edəcəyik. Materialda Danimarkanın “Bang & Olufsen” lüks səs brendi məhsullarının nümunəsində alış zamanı necə düzgün seçim etmək və nəyə diqqət yetirmək barədə söhbət açacağıq.

“Bang & Olufsen Beoplay EQ” simsiz qulaqlıqları

“Bang & Olufsen” brendinin hər bir məhsulu ilhamlandırıcı qüvvəyə malikdir. “Beoplay EQ” də bu baxımdan istisna deyil. Bu qulaqlıqlar güclü və özünəməxsus səslənmə keyfiyyəti təklif etməklə şarj etmədən 20 saatadək səslənməni təmin edir. Cihazı cəmi 20 dəqiqə şarj etmək kifayətdir ki, 2 saatadək istifadə edə biləsiniz. Premium keyfiyyətli kompakt şarj futlyarı isə qulaqlıqları özünlə götürüb yolda şarj etməyə imkan verir.

Aktiv səsboğuculuq və passiv səs təcridi imkanlarını özündə birləşdirən hibrid səsboğucu funksiyaya malik qulaqlıqlarla ətrafın səs-küyündən uzaqlaşacaqsınız. Xüsusi ANC DSP çipi və “Bang & Olufsen” tətbiqi qulaqlıqlara maksimum səsboğucu effektə nail olmağa imkan verir.

Yüksək keyfiyyətli, davamlı materiallardan hazırlanması sayəsində “Beoplay EQ” yüksək davamlılığı və etibarlılığı ilə seçilir. Qulaqlıqlar suya və tərə qarşı davamlıdır, həmçinin tozkeçirməz (IP54) xüsusiyyətə malikdir. Quraşdırma və qoşulma prosesinə gəlincə, “Microsoft Swift Pair” və “Made for iPhone” lisenziyaları sayəsində “Android” və “Apple” cihazlarında bu proses tez və asan həyata keçirilir.

Bu qulaqlıqlar səs, dizayn (tam simsiz qulaqdaxili qulaqlıqdır) və sənətkarlığın mükəmməl ahəngidir. Onları özünüzlə istənilən yerə apara, gur səs imkanları sayəsində evinizdə və ya ofisinizdə rahatlıqla hərəkət edərək vacib zəngləri cavablandıra və ya videokonfrans və s. iştirak edə bilərsiniz.

Bang & Olufsen Beoplay HX” simsiz qulaqlıqları

“Beoplay HX”in son nəsil adaptiv aktiv səsboğucu funksiyası fon səs-küyünü effektiv şəkildə kompensasiya edir və aradan qaldırır. Premium keyfiyyətli materiallar və gözəl dizayn effektiv səs izolyasiyasını təmin edir, beləliklə istifadəçinin dinlədiyini özündən başqa heç kim eşitmir, 4 xüsusi mikrofon isə zənglər zamanı optimal səs dəqiqliyini təmin edir.

“Beoplay HX” elə köklənib ki, istifadəçi musiqini ifaçının istədiyi kimi dinləyir - əla səslənmədən zövq alır! Üstəlik, neodimium maqnitlərinə malik xüsusi hazırlanmış 40 mm-lik dinamiklər dəqiq və əhatəli səsi təmin edir. Bu uzunömürlü qulaqlıqlar yüngül çəkisi sayəsində rahat dinləməyə zəmanət verir - qayışlar təzyiqi azaltmaq və istifadə müddətini uzatmaq üçün mərkəzi hissədə qabarıq komfort zonasına malikdir, yumşaq quzu dərisi və yaddaş köpüyündən hazırlanmış ambuşürlər isə ən yüksək rahatlıq səviyyəsini təmin edir.

“Beoplay HX” sürətli, etibarlı və sabit Bluetooth 5.1 bağlantısını təmin edir, bütün növ cihazlar üçün kökləmə prosesi isə olduqca sadədir. Çoxnöqtəli əlaqə eyni vaxtda iki cihaza qoşulmağa imkan verir, təkmilləşdirilmiş idarəetmə elementləri isə sadə və asan anlaşılan interfeysi təmin edir.

Qulaqlıqların iş qabiliyyəti daha da artırılıb. Belə ki, “Bluetooth” və ANC aktiv olduqda 35 saata qədər, yalnız “Bluetooth” aktiv olduqda isə 40 saata qədər sevimli musiqidən həzz ala bilərsiniz.

Bang & Olufsen Beoplay Portal” simsiz oyun qulaqlıqları

Oyun oynamaq və real həyatda istifadə etmək üçün işlənib hazırlanmış “Beoplay Portal” qulaqlıqları – oyun oynamağınızdan, musiqi dinləməyinizdən və ya telefonla danışmağınızdan asılı olmayaraq, həyat tərzinizə tam uyğunlaşan güclü, rahat qulaqlıqlardır. Qabaqcıl mikrofon texnologiyası sizə heç bir maneə olmadan ünsiyyət qurmağa imkan verir - müxtəlif mikrofonlar fon səs-küyünü filtrdən keçirərək, istifadəçinin səsini gücləndirir, tam hərəkət azadlığını və nitqin yüksək keyfiyyətli səslənməsini təmin edir.

“Beoplay Portal” ilə sizi ağuşuna alan səsin hər anını yaşayacaqsınız - zəngin səslənmə bütün detalları və nüansları ötürür ki, nəticənə oyun daha da real şəkil alır. Cihaz qulaqlıqlar üçün “Dolby Atmos” ilə təchiz edilib və hadisələrin mərkəzinə misilsiz dalmanı təmin edir.

Qulaqlıqlar uzunmüddətli istifadə üçün nəzərdə tutulub. Cəmi 282 qramlıq çəkiyə malik olmaları sayəsində qulaqda yüngül və rahat otururlar. Yaddaş köpüyü, nəfəs ala bilən materiallar və çənəni dəstəkləyən ambuşür akustikanı və rahatlığı daha da yaxşılaşdırır. “Beoplay Portal” XBOX və “Play Station” üçün iki versiyada təqdim olunur. Vaxt itirmədən oyuna başlamaq üçün qoşulma ani həyata keçirilir. Keyfiyyətə mənfi təsir etmədən 2,4 GHz tezliyində simsiz daxili qoşulma son dərəcə etibarlı birləşməni təmin etməklə dəqiq və güclü səs mühitində oyuna tam qərq olmağa imkan verir. İntuitiv anlaşılan sensor idarəetməsi səsin alınması, səs gurluğu, ANC və “Own Voice” texnologiyası kimi xüsusiyyətlərə asanlıqla daxil olmaq imkanı verir, adaptiv aktiv səsboğucu funksiyası isə bütün arzuolunmaz fon səs-küyünü aradan qaldırır, diqqətinizi tamamilə oyuna yönəltməyinizə şərait yaradır.

Bu oyun qulaqlıqları simsiz qoşulma zamanı 12 saatadək səslənməni təmin edir. Həm ANC sistemi aktiv olduqda, həm də “Bluetooth”dan istifadə edildikdə avtonom iş vaxtı 24 saata qədər ola bilər.

Seçim sizindir, lakin hansı məhsulu seçməyinizdən asılı olmayaraq, “Bang & Olufsen” qulaqlıqları ilə ən yüksək keyfiyyətli səslənmədən zövq alacağınıza əmin ola bilərsiniz!

Yuxarıda sadalanan qulaqları 2022-ci il noyabrın 13-dək 140 AZN qənaət etməklə aşağıdakı satış nöqtələrindən əldə edə bilərsiniz – “Italdizain, “Alma Store, “Kontakt Home və “Baku Electronics.

Paylaş:
569

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər