iPhonе 14”ün “iPhone 13”dən üstün olduğunu göstərən 5 səbəb Yeni modeli sələfi ilə müqayisə edirik

Sentyabrın əvvəlində “Apple” şirkəti yeni nəsil “iPhone 14” smartfonlarının təqdimatını keçirdi. “iPhone 13” smartfonları eyni xarici görünüşə malik cihaz yenilənmiş və yeni funksiyalarla təmin edilmişdir. Bu materialda “iPhonе 14” və “iPhone 13” smartfonlarının müqayisəsi və modellər arasında 5 fərq ilə tanış ola biləcəksiniz.
Yeni modelin baza versiyası “iPhone 13”dən bizə yaxşı tanış olan dizaynını mənimsəmişdir: düz kənarlar, minimum sayda texniki dəliklər, diaqonal şəkildə yerləşdirilmiş kameralar. Əsas dəyişikliklər “iPhone 14”ün aparat hissəsi - kameralar, batareyalar, prosessor və telefon sahibinin təhlükəsizliyi ilə bağlıdır.
1. Kamera. Kameralar sistemi “Apple” smartfonlarının əsas üstünlüyü olaraq qalmaqdadır. Həm “iPhone 13”, həm də “iPhone 14” smartfonları 12 meqapikselli əsas, genişbucaqlı və ön kameralarla təchiz edilib. Bu il şirkət zəif işıqlanma şəraitində çəkilişi daha komfortlu etmək qərarına gəlib. Yeni model genişlənmiş f/1.5 diafraqması və silsilə şəkillərin ən yaxşı piksellərini bir təsvirdə birləşdirməyə imkan verən “Photonic Engine” texnologiyası ilə təchiz edilib. Bu funksiyaları sayəsində gecə rejimindən istifadə etmədən qaranlıq məkanda və ya axşamçağı küçədə çəkilmiş şəkillər detallı şəkildə əks olunacaq.
“TrueDepth” funksiyasına malik ön kameranın arsenalı avtofokus rejimi ilə zənginləşdirilib. Detallı təsvir səviyyəsini yüksəltmək üçün sistem avtomatik olaraq kadrdakı üzü müəyyən edir və onları fiksaja salır.
2. Videoçəkiliş. Mobil telefonla çəkilmiş video və qısametrajlı film həvəskarları üçün də yaxşı xəbərlərimiz var. “iPhone 13” modelindən bizə yaxşı tanış olan “Kinoeffekt” rejimi “iPhone 14”də daha da yenilənib. Bununla da, maksimum genişlənmə saniyədə 30 kadr olmaqla “4К Dolby Vision” səviyyəsinə çatdırılıb. Bundan başqa, dinamik kadrların çəkilişi üçün yüksək stabilizasiyaya malik “Action” modeli əlavə edilib. Hər iki funksiya peşəkar operator bacarığı olmadan kino avadanlığı üslubunda video çəkməyə imkan verir.
3. Batareya. “iPhone 14”ün litium-ion akkumulyatoru daha həcmlidir. Yeni model 16 saatadək filmlər nümayiş etdirə və fasiləsiz 3 günədək musiqi səsləndirə bilir. Cihazın iş qabiliyyəti uzun səyahətlərə yollanmağa və smartfondan aktiv istifadə şəraitində belə şarj səviyyəsi barədə narahat olmamağa imkan verir.
4. Prosessor. “iPhone 14” 6-nüvəli mərkəzi prosessora malik “A15 Bionic” çipi ilə işləyir. Smartfonun yeni modeli sabit işləyir, ən tələbkar oyunlar və tətbiqlərlə belə qızışmır.
5. Əlaqə. “Apple” brendinin yeni məshsulunda fiziki SIM-kart və ya virtual “eSim” versiyaları arasında seçim edə bilirlər ki, bu da smartfonun sahibinə bir neçə nömrə və ya operator arasında keçid etməyə imkan verir. “eSim” funksiyası bizneslə məşğul olan şəxslər, ezamiyyətdə olan menecerlər və səyahətçilər üçün faydalıdır.
Geniş funksionalı “iPhone 14” smartfonunu istirahətdə, ezamiyyətdə və ya işdə etibarlı yoldaşa çevirir. Smartfonun korpusu aviasiya alüminiumundan hazırlanıb ki, bu da yüngüllüyü və uzunömürlü istifadəni təmin edir. Yeni modelin rəng palitrası 5 rəngdən ibarətdir: : Blue, Purple, Midnight, Starlight və (PRODUCT)RED.
Yeni məhsulu "Apple" şirkətinin rəsmi reseller mağazalarında sərfəli qiymətə əldə etməyə tələsin: Alma Store, Kontakt Home, Baku Electronics, İrşad, Maxi.az, Myshops, Shopstore.
Reklam hüququnda