Prezidentin “Azərbaycan Dəmir Yolları”na sədr təyin etdiyi Rövşən Rüstəmov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin “Azərbaycan Dəmir Yolları”na sədr təyin etdiyi Rövşən Rüstəmov kimdir? - DOSYE

Qafar Ağayev16:36 - 26 / 10 / 2022
Prezidentin “Azərbaycan Dəmir Yolları”na sədr təyin etdiyi Rövşən Rüstəmov kimdir? - DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.

1news.az Rövşən Rüstəmovun dosyesini təqdim edir:

Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə (“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə) daxil olub.

2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın “İnzibati idarəetmə” fakültəsinin (“İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası) magistraturasına daxil olub.

2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.

Bundan sonra təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olub.

29 noyabr 2007-ci ildə isə “Aqrar sahənin davamlı inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra “Davamlı inkişafın aktual problemləri və tənzimlənməsi istiqamətləri” mövzusunda monoqrafiya üzərində çalıb.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. “Azərpoçt” MMC-də çalışdığı 8 ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına da yaxından cəlb olunub, eləcə də 2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub.

2012-ci ilin 14 fevral tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub. 2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdi.

Ailəlidir, 1 övladı var.

Həmçinin oxuyun: “Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edildi

Paylaş:
3238

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər