Göygöldə Vətən müharibəsi iştirakçısına vəzifə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Qafar Ağayev09:46 - 31 / 10 / 2022
Göygöldə Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Göygöl rayonunda Vətən müharibəsi iştirakçısına vəzifə verilib.

1news.az ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev başçının köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu Bakı Dövlət Universitetini bitirib. 2020-ci il sentyabr ayından Azərbacan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər