Şəkidə ana ilə uşağı maşın vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə ana ilə uşağı maşın vurdu

15:12 - 01 / 11 / 2022
Şəkidə ana ilə uşağı maşın vurdu

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N. Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər