Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək- XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək- XƏBƏRDARLIQ

17:16 - 04 / 11 / 2022
Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək- XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 06-dan 07-si səhərədək arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

1news.az

Paylaş:
561

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər