Zəfəri qazandıran qəhrəmanlarımız haqqında film - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfəri qazandıran qəhrəmanlarımız haqqında film - “Çıxışa doğru”da MÜZAKİRƏ

23:39 - 04 / 11 / 2022
Zəfəri qazandıran qəhrəmanlarımız haqqında film - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan Televiziyası Vətən müharibəsi ilə bağlı filmlər çəkməkdə davam edir.

Belə filmlərdən biri də 8 Noyabr - Zəfər Gününə həsr olunub. Artıq filmin çəkilişləri başa çatıb.

“Göz bəbəyim” adlanan bədii film 44 günlük Vətən müharibəsi fonunda iki gəncin sevgisindən bəhs edir.

Bədii film 8 noyabr saat 18:00-da AzTV-də yayımlanacaq.

Film 5 noyabr saat 19:00-da "Park Cinema Bulvar" kinoteatrında ödənişsiz olaraq nümayiş olunacaq.

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Zəfəri qazandıran qəhrəmanlarımız haqqında film" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Həmid Əsədzadə - layihə rəhbəri, Zaur Zeynal - quruluşcu rejissor, Leyla Qədirzadə - ssenari müəllifi və Nicat Həsənli - icraçi prodüsser, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
694

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər