Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb

11:03 - 05 / 11 / 2022
Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 min çəkikimi balıq körpəsi buraxılıb.

1news.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

F.Əliyev təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini qeyd edib: “Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

Paylaş:
475

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər