Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

13:36 - 07 / 11 / 2022
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Akademik avarçəkmədə Azərbaycan yığmasının üzvü Diana Dimçenko İtaliyada təşkil olunan "Silver Skiff" beynəlxalq reqatasında gümüş medal qazanıb.

Avarçəkmə Federasiyasından 1news.az-a verilən məlumata görə, o, 11 km-lik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub.

Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dimçenko finiş xəttinə ikinci çatıb. Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb.

Qeyd edək ki, "Silver Skiff" ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Diana Dimçenko bu turnirə 2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.

1news.az

Paylaş:
435

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər