Meyxanaçı Rəşad Dağlı adam öldürüb - Təfərrüat | 1news.az | Xəbərlər
Cəmiyyət

Meyxanaçı Rəşad Dağlı adam öldürüb - Təfərrüat

09:59 - 09 / 11 / 2022
Meyxanaçı Rəşad Dağlı adam öldürüb - Təfərrüat

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Paylaş:
465

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər