Sosial şəbəkələrdə başlayan mübahisələrin acı nəticələri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Sosial şəbəkələr, demək olar ki, həyatımızın bir parçasına çevrilib. İnsanlar artıq zamanını internetdə, sosial şəbəkələrdə keçirir.
Daha internetdən əvvəlki kimi təkcə nəsə axtarmaq, oyun oynamaq, film seyr etmək, xəbər oxumaq üçün istifadə edilmir. Mobil-online olma sayəsində harda olsa insanlar özlərindən bəhs edə, olduqları yeri paylaşa, online mübahisələr edə bilirlər. Hətta bəzi hallarda bu mübahisələr acı sonluqla nəticələnir...
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Sosial şəbəkələrdə başlayan mübahisələrin acı nəticələri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Azər Allahverənov - AMTP-nin rəhbəri, Tural İsmayilov - politoloq, Vüsal Məmmədov - azvision.az saytinin baş redaktoru, jurnalist və Vaqif Hüseynov - "YOUTHMAP"XT layihəsinin rəhbəri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:




