“Zəngəzur dəhlizinin açılması yüklərin çatdırılmasını sürətləndirəcək”

“Zəngəzur dəhlizinin açılması yüklərin çatdırılma müddətini azaldacaq”
1news.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.
“Zəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir.
O, deyib ki, sahibkarlar üçün vaxta qənaət edilməsi önəmlidir, bu eyni zamanda qiymətlərə də təsir edir: "Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək".
“Qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir" - deyə, X.Həsənli əlavə edib.