Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb

11:57 - 15 / 11 / 2022
Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb

Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumata verilib.

Bildirilib ki, Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi Rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə növbəti əməliyyat tədbirləri zamanı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evində baxış keçirilib. Baxış zaman orada gizlədilən ümumi çəkisi 500 qram olan narkotik vasitə - marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər