Sumqayıtda azyaşlı bacılar vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda azyaşlı bacılar vəfat etdi

15:11 - 16 / 11 / 2022
Sumqayıtda azyaşlı bacılar vəfat etdi

Sumqayıtda azyaşlı bacılar vəfat edib.

1news.az xəbər verir ki, ölənlərin 4 yaşlı Əsra Allahverdiyeva və bacısı, 6 yaşlı Aynaz Allahverdiyeva olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Hazırda ekspertiza təyin olunub, həkimlər tərəfindən ölümün baş vermə səbəbləri araşdırılır.

İlkin ehtimallara görə, ölümə səbəb azyaşlıların zəhərlənməsi olub.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər