Gəncədə yeniyetmə qız 10-cu mərtəbədən yıxılaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə yeniyetmə qız 10-cu mərtəbədən yıxılaraq ölüb

17:51 - 18 / 11 / 2022
Gəncədə yeniyetmə qız 10-cu mərtəbədən yıxılaraq ölüb

Gəncədə yeniyetmə binadan yıxılaraq ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü Şəbnəm Məmmədovanın binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər