Yeni dövrün çağirişları kontekstində auditin rolu - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ölkəmizdə auditin yaranması və bərqərar olması Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin, inkişafı və beynəlxalq arenaya çıxması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Çünki dünyanın heç bir ölkəsində belə mükəmməl hazırlanmış uzunömürlü, beynəlxalq maliyyə qurumları və xarici həmkarlarımız tərəfindən yüksək dəyərləndirilmiş və dünyada getdikcə model qanun səviyyəsində qəbul edilməyə başlamış nə audit qanunvericiliyi var, nə də dövlət və ya hökumət başçısı səviyyəsində göstərilən diqqət və qayğı. Bunun bariz nümunəsi kimi Auditorlar Palatasının üzvləri və əməkdaşlarının yüksək dövlət təltiflərinə layiq görülməsi ölkə auditorlarını bir daha ruhlandırmaqla bərabər, üzərimizə düşən vəzifələri yeni dövrün çağırışları tələbindən daha məsuliyyətlə işləməyə sövq edir...
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yeni dövrün çağirişları kontekstində auditin rolu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Səbuhi Gülməmmədov - Auditorlar Palatasının icraçi direktoru, Vəli Rəhimov - Auditorlar Palatasının maliyyə və texniki təminat idarəsinin rəisi, Qoşqar əhmədov - auditin innovativ inkişafi, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi, Altay Cəfərov - Auditorlar Palatası şurasının üzvü, sərbəst auditor, Nazim Axundov - Auditorlar Palatasının üzvü və Elxan Əliyev - "Deloitte and Touche" MMC-nin audit üzrə direktoru mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



