Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır - FOTO

Qafar Ağayev09:42 - 25 / 11 / 2022
Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır - FOTO

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, hazırda yol boyu üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması, həmçinin çiyin hissələrin bərkidilməsi işləri aparılır.

Qeyd edək ki, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.

Görülən işlər çərçivəsində marşrut boyu geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri aparılıb.

Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası yekunlaşıb, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yolun 3.8-ci km-də yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.

Yaxın günlərdə yol müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.

Xatırladaq ki, sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Paylaş:
411

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər