Bakıda idman arenasında qətl törədilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda idman arenasında qətl törədilib

18:10 - 26 / 11 / 2022
Bakıda idman arenasında qətl törədilib

Noyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T. Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R. Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər