Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıb

15:28 - 29 / 11 / 2022
Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıb

Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
230

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıb09 / 05 / 2024, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEO09 / 05 / 2024, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıb09 / 05 / 2024, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO09 / 05 / 2024, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ09 / 05 / 2024, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib09 / 05 / 2024, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb09 / 05 / 2024, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub09 / 05 / 2024, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTO09 / 05 / 2024, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcək09 / 05 / 2024, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik09 / 05 / 2024, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub09 / 05 / 2024, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır09 / 05 / 2024, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”09 / 05 / 2024, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq09 / 05 / 2024, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib09 / 05 / 2024, 12:26Sabah 25 dərəcə isti olacaq - Proqnoz09 / 05 / 2024, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTO09 / 05 / 2024, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLAR09 / 05 / 2024, 11:54Şahdağa qar yağıb - Faktiki hava09 / 05 / 2024, 11:22
Bütün xəbərlər