AQTA-dan xəbərdarlıq: “Dükanlardan tərəvəz, balıq, ət konservləri alındıqda, qablaşmaya fikir verilməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA-dan xəbərdarlıq: “Dükanlardan tərəvəz, balıq, ət konservləri alındıqda, qablaşmaya fikir verilməlidir”

15:42 - 02 / 12 / 2022
AQTA-dan xəbərdarlıq: “Dükanlardan tərəvəz, balıq, ət konservləri alındıqda, qablaşmaya fikir verilməlidir”

"Dükanlardan tərəvəz, balıq, ət və s. konservləri alındıqda, qablaşmaya fikir verilməlidir"

1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Belə ki, AQTA ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullarla bağlı xəbərdarlıq edib.

Bildirilib ki, ev şəraitində hazırlanan məhsulların qış aylarında istifadəsi halları daha çox müşahidə edilir. Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə edə bilməsi üçün ənənəvi üsullardan faydalanaraq, həmin məhsulları məişət şəraitində konservləşdirir. Bu kimi halların mövcudluğu qida təhlükəsizliyi ilə bağlı risk faktını ortaya qoyur:

“Konservləşdirmə prosesinin düzgün aparılmaması nəticəsində tibbdə “Botulizm” adlanan qida zəhərlənmələrinə gətirib çıxararaq ölümə səbəb olur. İstehsal zamanı sanitar-gigiyenik qaydalara, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur.

Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda onların üzərində torpaq hissəcikləri qalır ki, bu da torpaqda “yaşayan” botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır. Onlar sporlarla çoxalır və yalnız müəyyən bir müddət 1000С-də qaynadıldıqda məhv olur. Botulizm törədiciləri oksigensiz şəraitdə inkişaf edir. Bundan başqa, konservləşdirilmiş məhsullarda digər mikroorqanizmlərin mövcudluğu səbəbindən məhsulun qapağının şişməsi halları baş verir. Bu məhsullar xarici görünüşünə görə xarab (zay) təsir bağışlayır. Belə ki, toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır, məhsulun suyu bulanıq olur və dadı dəyişir. Bu zaman konserv bankaları şişir və “bombaj” əmələ gəlir.

Ev şəraitində hazırlanan konserv istifadə edilərkən, müvafiq gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir. Qeyd edək ki, yalnız ev şəraitində hazırlanan konservlər deyil, ticarət obyektlərində satılan sənaye konservləri də saxlanma şəraiti, temperatur rejimi və s. tələblərə əməl olunmadıqda zəhərlənmələrə səbəb ola bilər. Buna görə də dükanlardan tərəvəz, balıq, ət və s. konservləri alındıqda, qablaşmaya fikir verilməlidir. Məhsul təzə olmalı (yararlılıq müddətinə diqqət edilməli), qapağı "şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır”.

Bununla əlaqədar olaraq, AQTA əhaliyə xəbərdarlıq edərək bildirir ki, konservləşdirilmiş məhsullardan istifadə zamanı həyat və sağlamlıq üçün tövsiyə olunan qaydalara ciddi şəkildə riayət olunmalı, bu cür məhsullarla bağlı hər hansı uyğunsuzluq aşkarlandıqda isə müvafiq dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət etsinlər.

1news.az

Paylaş:
180

Son xəbərlər

Mingəçevir Su Anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıbBu gün, 10:07Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:00Ramin Binnətov 44 yaşında İT karyerasına başladı: “Təhsil daim inkişaf etmək deməkdir və mən heç bir fürsəti əldən vermirəm” - FOTOBu gün, 09:50KTM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxıbBu gün, 09:48Zakir Həsənov Türkiyəyə səfər edəcəkBu gün, 09:23Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 09:22Balakəndə keçmiş məhkumdan snayper tüfəngi götürülüb - FOTOBu gün, 09:08BNA: 102 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 09:04Lope de Veqanın yeni pyesi tapılıbBu gün, 09:00Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 08:50Məktəblərdə qış tətili başa çatıbBu gün, 08:46Bakıda sıxlıq olan yollar açıqlanıb - SİYAHIBu gün, 08:40Bloger və jurnalistlərin birinci forumu - “Çıxışa doğru”da MÜZAKİRƏ31 / 01 / 2023, 23:18Dəmir yolu üzrə də gediş haqqı artırılacaq? - ADY-dan açıqlama31 / 01 / 2023, 20:21Zərif və dəbdəbəli: Wyndham Garden Baku-nun möhtəşəm açılışı oldu - FOTO31 / 01 / 2023, 19:49“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun təsdiqləndi31 / 01 / 2023, 17:53Dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası hazırlanacaq31 / 01 / 2023, 17:51Naxçıvanın prokuroru vəzifəsindən azad edilib31 / 01 / 2023, 17:46Fevralın 1-nə USD/AZN rəsmi məzənnəsi açıqlanıb31 / 01 / 2023, 17:44Məbləği 15 min manatdan artıq olan daşınar əmlaklar nağdsız qaydada alınacaq31 / 01 / 2023, 17:42
Bütün xəbərlər

Next TV