Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib

Qafar Ağayev16:06 - 02 / 12 / 2022
Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyası (EİMİA) Rəyasət Heyətinin 2022-ci il 10 noyabr tarixli qərarı ilə EİMİA-nın həqiqi üzvü seçilib.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a bildirilib ki, tarixçi-alimə bu ad Azərbaycan-İsrail əlaqələri tarixinin araşdırılmasındakı xidmətlərinə görə verilib.

Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsraildə təbliğinə töhfələr verib. Akademikin müxtəlif dillərdə yayılan “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ibri dilində də nəşr olunub. Hazırda onun elmi rəhbərliyi ilə “İsrail tarixşünaslığında Azərbaycan tarixi məsələləri” mövzusunda araşdırmalar aparılır.

Xatırladaq ki, bundan əvvəl o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib.

Paylaş:
429

Son xəbərlər

Prezident: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır,bu, bizim legitim hüququmuzdurBu gün, 13:55Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edibBu gün, 13:35İlham Əliyev: “Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır”Bu gün, 13:17Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilibBu gün, 13:06Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edibBu gün, 13:02Qərbi Azərbaycan İcması Tomas de Vaalın fikirlərinə münasibət bildiribBu gün, 13:00Qar, yağış yağacaq - ProqnozBu gün, 12:50Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıbBu gün, 12:48Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxubBu gün, 12:26Deputatdan təklif: Qərbi Azərbaycanlıların deportasiyası günü təqvimə salınsınBu gün, 12:07Azərbaycan Prezidenti: “Ola bilər ki, cənab Borel yuxular görür”Bu gün, 11:49Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilibBu gün, 11:38Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyəti 30%-ə qədər artacaq - VİDEOBu gün, 11:35DYP-dən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətBu gün, 11:17Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilibBu gün, 11:09Yeni Klinikada Ambulator klinika istifadəyə verildiBu gün, 11:06Prezident: “Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib”Bu gün, 10:55Akademik Arif Paşayevin 90 illik yubileyi qeyd olunacaqBu gün, 10:47“Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik”Bu gün, 10:44Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edibBu gün, 10:39
Bütün xəbərlər

Next TV