İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev12:41 - 08 / 12 / 2022
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Dekabr ayının 7-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram “marixuana” və 295 qram qablaşdırmada 500 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər