Laçın - Şuşa yolunda dinc aksiya - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın - Şuşa yolunda dinc aksiya - “Çıxışa doğru”da MÜZAKİRƏ

23:56 - 13 / 12 / 2022
Laçın - Şuşa yolunda dinc aksiya - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ermənistan 30 ildir torpaqlarımızın istismarı ilə məşğuldur. Bu 30 il ərzində faydalı qazıntılarımız istismar edilib, ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər aparılıb. 44 günlük müharibədən sonra da bu proses Rusiya sülhməramlılarının icazəsi əsasında həyata keçirilib. Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları da bunun əyani göstəricisidir.

Bu, Bakının yumşaq güc siyasətinin növbəti göstəricisidir. Rusiya sülhməramlılarının fəaliyyəti 10 noyabr bəyanatında açıq şəkildə göstərilib.

Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyalarının bir nəticəsi olmasa, Azərbaycan daha ciddi addımlar atmalı olacaq.

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Laçın - Şuşa yolunda dinc aksiya" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Müşfiq Ələsgərli - JHİ-nin sədri, Mübariz Əhmədov - müstəqil jurnalist, Şakir Ağayev - əməkdar jurnalist, Ramil Məmmədli - hərbi şərhçi, Natəvan Dəmirçioğlu - filologiya üzrə fəlsəfə doktoru və Rəşid Rumzadə - Ombudsman Aparatı rəhbərinin müavini, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər