Hande Harmancı: Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hande Harmancı: Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq

10:39 - 16 / 12 / 2022
Hande Harmancı: Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq

"Pandemiya dövründə təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunun şahidi olduq. Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir".

1news.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O bildirib ki, bütün dünyada və Azərbaycanda pandemiya bəlli səviyyənin altındadır.

"Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibbi sistemləri gücləndirməkdə fayda var" - deyə o bildirib.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər