Bakıda yeniyetmə atasını ürəyindən bıçaqladı

Bakıda oğul atasını ürəyindən bıçaqlayıb.
1news.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
2005-ci il təvəllüdlü Elməddin Ağayev münaqişə zəminində atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevi ürək nahiyəsindən bıçaq xəsarəti yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, Elməddin Ağayev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
247