Tovuzda oğul valideynlərinin evindən 14 min manatlıq oğurluq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda oğul valideynlərinin evindən 14 min manatlıq oğurluq edib

11:27 - 19 / 12 / 2022
Tovuzda oğul valideynlərinin evindən 14 min manatlıq oğurluq edib

Tovuzda oğul valideynlərinin evindən oğurluq edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13.500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər