Jurnalistlər “Şahdağ”da qış turizminə hazırlıqla tanış oldular - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Jurnalistlər “Şahdağ”da qış turizminə hazırlıqla tanış oldular - FOTO

Aynurə Xudaverdiyeva15:49 - 20 / 12 / 2022
Jurnalistlər “Şahdağ”da qış turizminə hazırlıqla tanış oldular - FOTO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 18-19 dekabr tarixlərində Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə “Şahdağ” Turizm Mərkəzində jurnalistlər üçün nəzərdə tutulan 2 günlük mediatur sona çatıb.

1news.az xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

KİV nümayəndələri mediatur zamanı 4 ulduzlu “Shahdag Hotel & Spa”, 3 ulduzlu “Zirve” hotelləri və “Gaya” ailəvi apartament tipli mehmanxana ilə tanış olublar.

Jurnalistlərə turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr nümayiş etdirilib.

Bundan əlavə, KİV nümayəndələri müxtəlif atraksionlar, xizək vasitələri, kanat yolları və qış əyləncələrindən istifadə ediblər.

Təqdimatda çıxış edən nümayəndələr Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə məlumatlar veriblər.

Büro təmsilçisi Günel Bədəlova Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, həmçinin “Şahdağ” Turizm Mərkəzinin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər barədə danışıb. Bildirib ki, bütün komplekslərdə kvadrosikllər, kanatlar, xizək yolları, xizək sürməyi öyrənmək üçün təlim kursları fəaliyyət göstərir.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib. Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır.

Paylaş:
777

Son xəbərlər

SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03Yuxarı Şirvan kanalından meyit tapıldıBu gün, 14:39FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20Təbii qazın qiyməti artdıBu gün, 11:14Qızıl və gümüşün qiyməti ucuzlaşıbBu gün, 11:04
Bütün xəbərlər

Next TV