Vüqar Qurbanov: “2022-ci ildə səhiyyə sistemində əməkhaqqının artırılması üçün işlər görülüb”

“Növbəti ildən TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını, həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək, habelə tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək”.
1news.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
“2022-ci ildə səhiyyə sisteminin, təcili tibbi yardım xidmətinin, kadr siyasətinin təkmilləşdirilməsi, tibb işçilərinin əməkhaqqılarının artırılması və s. istiqamətlərdə TƏBİB tərəfindən müvafiq addımlar atılıb. Bu istiqamətdə işlər gələn il də davam etdiriləcəkdir”.