Xankəndi-Laçın yolunda etirazlar davam edir - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VIDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir.
Havanın soyuq olmasına və qar yağmasına baxmayaraq, dinc aksiya iştirakçıları hər gün Azərbaycanın Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Xankəndi-Laçın yolunda etirazlar davam edir" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nərminə Qəribova - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədr müavini, Azər Allahverənov – "Avrasiya Miqrasiya Təşəbbüsləri" platformasının rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru, Qəmzə Yusubova – "Ekoloji maarifləndirmə" İctimai Birliyinin sədri, Tural İsmayılov – politoloq və Əfsələddin Ağalarov - azxeber.az saytının əməkdaşı, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:


