Kəlbəcərdə yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO

14:15 - 24 / 12 / 2022
Kəlbəcərdə yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO

Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər