Ağsuda qanunsuz ov edən Kürdəmir rayon sakinləri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda qanunsuz ov edən Kürdəmir rayon sakinləri saxlanılıb

Qafar Ağayev09:29 - 28 / 12 / 2022
Ağsuda qanunsuz ov edən Kürdəmir rayon sakinləri saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri-Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı təhqiqat qrupunda araşdırma aparılır.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər