Balakəndə çay kənarından silah-sursat tapılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə çay kənarından silah-sursat tapılıb - FOTO

10:06 - 28 / 12 / 2022
Balakəndə çay kənarından silah-sursat tapılıb - FOTO

Balakən rayonunun Xalatala kəndi ərazisində içərisində silah-sursat olan bağlamanın olması ilə bağlı rayon polis şöbəsinin Qabaqçöl Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal ərazinin mühafizəsi təşkil edilib və həmin bağlamaya baxış keçirilərkən “Kalaşnikov” avtomatına, “Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də 1 ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb. Həmin silah-sursat oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
306

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər